İdman

“Qəbələ” Rusiya klubu ilə heç-heçə edib

Sharing is caring!


Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışında olan “Qəbələ” komandası ikinci yoxlama oyununu keçirib.

Elmar Baxşıyevin baş məşqçi olduğu komanda Rusiya təmsilçisi “Orenburq”la üz-üzə gəlib. Qarşılaşma 1:1 hesabı ilə bitib. “Qəbələ”nin heyətində Ülvi İsgəndərov fərqlənib.

Qeyd edək ki, “qırmızı-qaralar” ilk matçında Moldovanın “Sukleya” kollektivini 4:2 hesabı ilə məğlub edib. Yeni mövsümdə Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək əyalət təmsilçisi II təsnifat mərhələsində Kiprin “Omoniya” klubu ilə qarşılaşacaq. İlk görüş iyulun 27-də evdə, cavab matçı isə avqustun 3-də səfərdə olacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir