İdman

CİSM-in idman direktoru: “Azərbaycanda dünya çempionatına hazırlıq yüksək səviyyədə həyata keçirilir” – VİDEO

Sharing is caring!


“Azərbaycanda hərbçilər arasında keçiriləcək dünya çempionatına hazırlıq yüksək səviyyədə həyata keçirilir”.

“Report” xəbər verir ki, bunu Dünya Hərbi İdman Şurasının (CİSM) idman direktoru Jan Van Den Dool hərbçilər arasında Bakıda keçiriləcək güləş üzrə 36-cı dünya çempionatı ilə bağlı təşkil olunan mətbuat konfransında deyib.

O, təşkilat komitəsi ilə birgə hazırlıq prosesi ilə tanış olduqlarını bildirib:

“Gördüklərimizə heyran olduq. Azərbaycan idman tədbirlərinə çox ciddi yanaşır. Burada müxtəlif tədbirlər keçirilib. Yarışın möhtəşəm keçəcəyi ilə bağlı təşkilata artıq xəbər vermişik. Azərbaycanın idmana və idmançılara göstərdiyi qayğı yüksək səviyyədədir”.

Qeyd edək ki, hərbçilər arasında dünya çempionatı Dövlət Sərhəd Xidmətinin, həmçinin Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 27 noyabr – 3 dekabr tarixlərində “Sərhədçi” İdman Mərkəzində keçiriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir