İdman

Arda Gülerin məşqdə etdiyi hərəkət “Real Madrid”in baş məşqçisini heyrətə gətirdi – FOTO

Sharing is caring!


İspaniyanın “Real Madrid” klubunda komanda ilə məşqə başlayan türkiyəli futbolçu Arda Güler baş məşqçi Karlo Ançelottini heyran qoyub.

Karlo Ançelotti Ardanın məşq zamanı etdiyi hərəkətdən sonra gənc futbolçunu yanına çağırıb və bu hərəkətləri haradan öyrəndiyini soruşub.

Arda Gülerin digər tərəfə baxarkən əks istiqamətdə verdiyi ötürmələr baş məşqçini heyrətə gətirib. O, futbolçudan bu ötürmələri necə etməsi, kimdən öyrənməsi ilə maraqlanıb. Ardanın cavabı Ançelottini təəccübləndirib.

“Bu ötürmələrlə Mesut Özili təkrar etdim”, – deyə Arda cavab verib.

Mesut Özili özünün kumiri sayan Arda Güler ondan öyrəndiyi bu hərəkətlə bacarığını bir daha ortaya qoyub.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir