İdman

“Barselona” “Kamp Nou”nun oturacaq, tor və otlarını satışa çıxarıb

Sharing is caring!


İspaniyanın “Barselona” klubu köhnə “Kamp Nou” stadionu ilə bağlı müxtəlif əşyaları satmaq məqsədi daşıyan “Memorabilia” (“Xatirə”) adlı kampaniyaya başlayıb.

Kampaniya çərçivəsində azarkeşlər arenadakı plastik oturacaqları da ala biləcəklər. Qiymətlər 99 avrodan 299 avroya qədərdir.

Həmçinin kəsilmiş və çərçivələnmiş qapı torları da satışdadır.

Bununla yanaşı, ötən mövsümün son rəsmi matçının (“Barselona” və “Malyorka” 3:0) keçirildiyi ot örtüyü də satılır.

Klubun bu təşəbbüsü komandanın azarkeşlərini stadiondan yadigar qalacaq xatirə hədiyyəsi ilə təmin etmək məqsədi daşıyır.

Mənbə: championat.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir