İdman

Çelenc Kuboku: “Xarı Bülbül” cavab oyununa çıxacaq

Sharing is caring!


Bu gün kişi voleybolçulardan ibarət “Xarı Bülbül” komandası Çelenc Kubokunda növbəti oyununu keçirəcək.

Oxu.Az-ın məlumatına görə, Şuşa təmsilçisi 1/32 finalın cavab oyununda Slovakiyanın “TJ Spartak” klubu ilə üz-üzə gələcək.

Bakıdakı Voleybol Mərkəzində reallaşacaq qarşılaşma saat 18:00-da start götürəcək. “Xarı Bülbül” ötən gün eyni arenada baş tutan ilk matçda inamlı qələbə qazanıb – 3:0.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir