İdman

“Qəbələ” UEFA Gənclər Liqasında cavab oyununa çıxacaq

Sharing is caring!


Bu gün “Qəbələ”nin U-19 komandası UEFA Gənclər Liqasında növbəti oyununu keçirəcək.

“Report”un məlumatına görə, “qırmızı-qaralar” I mərhələnin cavab matçında Macarıstanın “Puşkaş Akademiya” klubunun qonağı olacaqlar.

Qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da start götürəcək. Görüşü Norveçdən olan Məhəmməd Usman Aslam idarə edəcək.

Qeyd edək ki, tərəflər arasında Qəbələ şəhər stadionunda gerçəkləşən ilk oyun 1:1 hesabı ilə başa çatıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir