İdman

Azərbaycan millisi yenə böyük hesabla uduzdu

Sharing is caring!


17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün ikinci oyununu keçirib.

Oxu.Az xəbər verir ki, Serbiyada təşkil olunan matçda Sloveniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan yığmamız 0:3 hesabı ilə məğlub olub.

Xatırladaq ki, komanda ilk oyunda Serbiyaya 1:5 hesabı ilə uduzub.

Qeyd edək ki, milli seçmə mərhələdə növbəti oyununu oktyabrın 27-də Lüksemburq yığmasına qarşı keçirəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir