İdman

Azərbaycan millisinin kapitanı: “Mundialda hər oyun finala bərabər olacaq”

Sharing is caring!


“Hədəfimiz dünya çempionluğudur”.

“Report”un məlumatına görə, bunu dünya çempionatında iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinə yollanan minifutbol üzrə Azərbaycan millisinin kapitanı Seymur Məmmədov Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında deyib.

Futbolçu mundialda iddialı olacaqlarını bildirib:

“Dünya çempionatına hazırlıq zamanı məşq prosesini yüksək səviyyədə keçirdik. Təlim-məşq toplanışlarında gördüyüm komanda əla idi. Orada hər oyun finala bərabər olacaq. Yalnız birincilik uğrunda mübarizə aparacağıq. Hamı bizi Avropa çempionu kimi tanıyır, komandamızdan yüksək nəticə gözləyir”.

Qeyd edək ki, Azərbaycan millisi dünya çempionatının G qrupunda İraq, Misir və Tunislə qarşılaşacaq. İlk oyun oktyabrın 27-də İraqa qarşı olacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir