İdman

Tahir Gözel Qurban Qurbanovu təbrik etdi: “Onun ədalət prinsipləri bütün dünyaya bəlli oldu”

Sharing is caring!


“Qarabağ”ın prezidenti Tahir Gözel komandanın baş məşqçisi Qurban Qurbanovu “Jean Borotra World Fair Play Career” mükafatını alması münasibətilə təbrik edib.

Klub rəhbəri Ağdam təmsilçisinin rəsmi saytına açıqlamasında bunları deyib:

“Qurban Qurbanov layiq olduğu mükafatı qazandı. Artıq “Qarabağ”ın baş məşqçisinin ədalət prinsipləri bütün dünyaya bəlli oldu. Onun əxlaqi prinsiplərini, mənəvi gücünü hamı bildi”.

T.Gözel “Qarabağ” və təcrübəli mütəxəssisin mənəvi baxışlarının üst-üstə düşdüyünü qeyd edib:

“Bu, eyni zamanda “Qarabağ” klubunun da uğuru, töhfəsi, ruhudur. Qurban Qurbanovun xarakteri, şəxsiyyəti həm “Qarabağ”ı əks etdirir, həm də “Qarabağ”dan güc alır. Ona görə ki, klubla baş məşqçinin fikirləri eynidir və mənəvi prinsiplərə söykənir. Bu, “Qarabağ” adımızı və mənəviyyatımızı bütün dünyaya tanıtmağa xidmət edir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir