İdman

17 yaşlı futbolçu “Barselona”ya qələbə qazandırdı – VİDEO

Sharing is caring!


“Barselona” İspaniya La Liqasının X turunu qələbə ilə başa vurub.

Oxu.Az xəbər verir ki, Kataloniya klubu öz meydanında Bilbao “Atletik”inə qalib gəlib – 1:0.

Yeganə qolu qarşılaşmanın 80-ci dəqiqəsində Mark Guiu vurub. 17 yaşlı futbolçu “Barsa”nın əsas komandasında debüt etdikdən cəmi 23 saniyə sonra fərqlənməyi bacarıb.

Qələbə sayəsində xallarını 24-ə çatdıran “Barselona” üçüncü pillədədir. Komanda “Real Madrid” və “Jirona”dan bir xal geri qalır. “Atletik” 17 xalla altıncıdır.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir