İdman

Azərbaycan Basketbol Liqasında 2023/24 mövsümünə start verilib

Sharing is caring!


22 oktyabr “Sərhədçi” İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) 2023/24 mövsümünün açılış oyunu baş tutub.

Oxu.Az xəbər verir ki, “Sərhədçi” və “Cəlilabad” klubları arasında keçirilmiş oyunu, Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və onun müavini general-leytenant Abbas Xəlilov, federasiyanın rəyasət heyətinin üzvləri Vilayət Vəliyev və Bəxtiyar Aslanbəyli də izləyiblər.

Oyun region təmsilçisi “Cəlilabad” klubunun 86:76 hesablı qələbəsi ilə yekunlaşıb. Ən məhsuldar basketbolçular Conson Rid (19 xal, 5 asist – “Sərhədçi”) və Kobi Tomas (19 xal, 4 ribaund – “Cəlilabad”) olublar.

Qeyd edək ki, ilk turun digər oyunları (“Neftçi” – “Xəzri”, “Xırdalan” – “Şəki”, “NTD-INDIGO” – “Sumqayıt”, “Gəncə” – “Sabah”) 27-29 oktyabr tarixləri aralığında baş tutacaq.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir