İdman

“Fənərbağça” Renat Dadaşovun komandasına dörd qolla qalib gəldi – VİDEO

Sharing is caring!


Türkiyə Super Liqasının lideri “Fənərbağça” çempionatın IX turunu da qələbə ilə başa vurub.

Oxu.Az xəbər verir ki, İstanbul təmsilçisi bu dəfə öz meydanında “Hatayspor”u məğlub edib – 4:2.

“Fənərbağça”nın qollarını Sebastian Şimanski, Brayt Osayi-Samuel, Edin Ceko və İrfan Can Kahveci vurublar.

Qonaqların heyətində Fauzi Qulam və Rayan Abid fərqləniblər.

“Hatayspor”da çıxış edən Azərbaycan millisinin üzvü Renat Dadaşov da bu matçın iştirakçısı olub. Start heyətdə meydana çıxan forvard sonadək oynayıb.

Doqquz matçda maksimum nəticə göstərən – 27 xal toplayan “Fənərbağça” vahid liderdir. “Hatayspor” 14 xalla altıncıdır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir