İdman

London derbisi: “Çelsi” – “Arsenal” oyununda dörd qol – VİDEO

Sharing is caring!


İngiltərə Premyer Liqasının IX turunda London derbisi baş tutub.

Oxu.Az xəbər verir ki, “Çelsi” öz meydanında “Arsenal”la üz-üzə gəlib.

Dörd qolun vurulduğu qarşılaşmada qalib müəyyənləşməyib – 2:2.

“Zadəganlar” 15-ci dəqiqədə Kol Palmer, 48-ci dəqiqədə Mixaylo Mudrikin qolları ilə üstünlük əldə etsələr də, bunu sonadək qoruya bilməyiblər. 77-ci dəqiqədə Deklan Rays, 84-cü dəqiqədə Leandro Trossard fərqlənərək “topçular”ı məğlubiyyətdən xilas ediblər.

Bu heç-heçədən sonra 21 xalı olan “Arsenal” ikinci pillədədir. Lider “Mançester Siti” də eyni qədər xal toplayıb. Lakin “şəhərlilər” əlavə göstəricilərə görə daha üstündürlər. “Çelsi” isə xallarını 12-yə çatdırıb. İki pillə irəliləyən komanda doqquzuncu yerə yüksəlib.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir