İdman

AFFA “Sabah”ın şikayətini qismən təmin etdi

Sharing is caring!


AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Sabah”ın futbolçusu Tuncay Cəfərli ilə bağlı klubun apellyasiya şikayətini qismən təmin edib.

Qurumun saytının yaydığı məlumata görə, AFFA Gənclər Liqasında çıxış edən oyunçunun dörd matçlıq cəzası ikiyə endirilib.

Xatırladaq ki, “Araz-Naxçıvan”la görüşdə topsuz sahədə rəqibi vurduğu üçün qırmızı vərəqə alan T.Cəfərli AFFA İntizam Komitəsi tərəfindən dörd oyunluq diskvalifikasiya olunmuşdu.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir