İdman

Ronaldunun oğlu “Əl-Nəsr”lə müqavilə imzalayıb

Sharing is caring!


Kriştianu Ronaldunun eyniadlı oğlu  “Əl-Nəsr” Akademiyasına daxil olub.

13 yaşlı kiçik Ronaldu klubun U13 və U15 komandalarına daxil edilib. O, atası kimi 7 nömrəli köynək geyinəcək.

Oğul Kriştianunun oktyabrın 20-də “Əl-Nəsr”in U13 komandası ilə ilk oyununu keçirəcəyi gözlənilir.

Qeyd edək ki, kiçik Ronaldu futbolçu karyerasına İspaniyanın “Pozuelo” klubunda başlayıb və burada iki il ərzində 55 qol vurub. Daha sonra atası ilə birlikdə Turin “Yuventus”una keçib. Orada 28 oyunda 58 qol vurub, 18 məhsuldar ötürmə edib. Yeniyetmənin son klubu İngiltərənin “Mançester Yunayted”i olub.

Mənbə: championat.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir