İdman

“Sabah”ın basketbolçusu: “Rəqib kifayət qədər təcrübəli idi”

Sharing is caring!


“Rəqib kifayət qədər təcrübəli idi. “Adriatic league”də mübarizə aparır”.

Bunu “Report”a açıqlamasında FIBA Avropa Kubokunun müntəzəm mövsümündəki ilk matçında səfərdə Monteneqronun “Mornar” klubuna 75:80 hesabı ilə uduzan “Sabah”ın basketbolçusu Pavle Marçinkoviç deyib.

34 yaşlı hücumçu görüşün əvvəlində köklənmə ilə bağlı problem yaşadıqlarını bildirib:

“Məhz buna görə müdafiədə və hücumda səhvlərimiz oldu. Lakin meydanda mübarizə apardıq və sonadək oyundan qopmadıq. Qələbə qazana bilmədiyimiz üçün üzülürük”.

Qeyd edək ki, “Sabah” oktyabrın 25-də “Sərhədçi” İdman Mərkəzində Türkiyə təmsilçisi “Bağçaşəhər”i qəbul edəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir