İdman

Millimizin Estoniya qazancı: Kipr geridə qalacaq

Sharing is caring!


Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsində Estoniya və Avstriya ilə oyunlardakı nəticələrinin yığmanın FIFA reytinq cədvəlinə necə təsir edəcəyi müəyyənləşib.

Oxu.Az-ın hesablamalarına görə, rəqib meydanında estonlar üzərində 2:0 hesablı qələbə yığmanın 13,1 xal qazanması ilə nəticələnib.

Bakıda Avstriyaya minimalhesablı (0:1) məğlubiyyətə görə isə komanda xal itirib. Bu məğlubiyyət millinin aktivindən 4,3 xalın silinməsinə səbəb olub. Ümumilikdə, millinin qazancı 8,8 xal olub.

Beləliklə Azərbaycan yığmasının xalı 1156,5-ə çatıb. Bunun sıralamada konkret hansı dəyişikliyə səbəb olacağını demək çətindir. Lakin komandanın azı bir pillə irəliləyəcəyini təxmin etmək olar. Çünki 120-ci sıradakı Kipr son iki oyunu da məğlub başa vurub və geriləyəcəyi dəqiqləşib.

Xatırladaq ki, Azərbaycan millisi hazırda FIFA sıralamasında 121-cidir. Yeni cədvəl oktyabrın 26-da açıqlanacaq.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir