İdman

Azərbaycan millisi bu gün Lüksemburqla üz-üzə gələcək

Sharing is caring!


21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirəcək.

Oxu.Az xəbər verir ki, Samir Əliyevin baş məşqçi olduğu kollektiv “Azersun Arena”da Lüksemburqun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. “CBC Sport” vasitəsilə canlı yayımlanacaq oyunu Dumitru Munteanın rəhbərlik etdiyi moldovalı hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, F qrupunda iki matçda xal qazana bilməyən Azərbaycan millisi sonuncu – altıncı pillədədir. Lüksemburq isə üç matçda eyni qədər xal toplayıb və dördüncü yerdədir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir