İdman

AVRO-2024: Azərbaycan millisi bu gün Avstriyanı qəbul edəcək

Sharing is caring!


Futbol üzrə Azərbaycan millisi bu gün AVRO-2024-ün seçmə mərhələsində növbəti oyununu keçirəcək.

Oxu.Az xəbər verir ki, Canni De Byazinin rəhbərlik etdiyi komanda Bakıda Avstriyanı qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.

Görüşün baş hakimi yunanıstanlı Aristotelis Diamantopulos olacaq. F qrupunun digər matçında qitə birinciliyinin final mərhələsinə vəsiqəni təmin etmiş Belçika İsveçi qəbul edəcək.

AVRO-2024, seçmə mərhələ

VIII tur

20:00. Azərbaycan – Avstriya

Baş hakim: Aristotelis Diamantopulos (Yunanıstan).

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Qeyd edək ki, qrupda 6 oyundan sonra Belçika 16 xalla liderdir. Avstriya 13 xalla ikinci, beş matç keçirmiş İsveç 6 xalla üçüncü, Azərbaycan 4 xalla 4-cü sıradadır. Bir xalı olan Estoniya isə sonuncu pillədə qərarlaşıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir