İdman

Messinin Səudiyyə Ərəbistanına gedib-getməyəcəyi bəlli oldu

Sharing is caring!


Argentinalı hücumçu Lionel Messi “İnter Mayami”dən icarə əsasında Səudiyyə Ərəbistanı klubuna keçməyəcək.

Bu barədə BBC-nin jurnalisti Qilyem Balaqe məlumat verib.

“O, digər futbolçular kimi bir ay istirahət edəcək. Odur ki, Səudiyyə Ərəbistanına və ya başqa yerə hər hansı transferləri unudun”, – jurnalist deyib.

Xatırladaq ki, 2023-cü ilin yayında Messi “Əl-Hilal”a keçə bilərdi, lakin iki il Fransa PSJ-sində oynadıqdan sonra o, “İnter Mayami”yə keçməyə qərar verdi.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir