İdman

Azərbaycan millisinin baş məşqçisi: “Sıxıntılarımız olsa da, işimizi davam etdirməliyik”

Sharing is caring!


“Bizim də sıxıntılarımız var. Buna baxmayaraq işimizi davam etdirməliyik, doqquz futbolçumuz müxtəlif səbəblərdən heyətdə deyil”.

Bunu “Report”a açıqlamasında oktyabrın 13-də təlim-məşq toplanışı üçün Özbəkistanın paytaxtı Daşkəndə yollanacaq 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Aqil Nəbiyev deyib.

41 yaşlı mütəxəssis bir neçə oyunçunun çempionat matçlarında zədələndiyini söyləyib:

“Amma inanıram ki, onlar tezliklə sıraya dönəcəklər”.

Nəbiyev oktyabrın 14-də və 16-da yoxlama görüşündə üz-üzə gələcəkləri Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə bağlı da fikirlərini bölüşüb:

“Özbəkistan yığması keyfiyyətli rəqibdir. Artıq onların bir neçə qarşılaşmasını təhlil etmişik. Bunlar Avropa çempionatının seçmə mərhələsindən əvvəl çox vacib matçlardır”.

Baş məşqçi seçmə mərhələdəki oyunların da çətin keçəcəyini vurğulayıb:

“Rəqiblərimiz də yaxşıdırlar. Amma ilk növbədə hazırlıq prosesindəki qarşılaşmaları düşünürük. Çünki burada müxtəlif variantlara əl atmaq istəyirik. Növbəti ay seçmə mərhələyə tam hazır olmalıyıq”.

Qeyd edək ki, U-19 Avropa çempionatının seçmə mərhələsində Bosniya və Herseqovina, Niderland və Lüksemburqla üz-üzə gələcək. Qarşılaşmalar noyabrda Lüksemburqda gerçəkləşəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir