İdman

Azərbaycan gimnastları Bolqarıstana yollandılar

Sharing is caring!


Akrobatika gimnastikası üzrə Azərbaycan yığması Bolqarıstana yollanıb.

Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, idmançılar Varna şəhərində keçiriləcək 31-ci Avropa yaş qrupları yarışında çıxış edəcəklər.

Aysel Musayeva, Darya Pasmurnova, Fidan Mirzəyeva (12-18 yaş, qadın qrupu-1), Jasmin Əliyeva, Aylin Məmmədova və Ayan Hacılı (12-18 yaş, qadın qrupu-2) turnirdə qüvvələrini sınayacaqlar.

Qeyd edək ki, 31-ci Avropa yaş qrupları yarışı 12-15 oktyabr tarixlərində təşkil olunacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir