İdman

Milli yığmanın üzvü Almaniyada birincilik əldə etdi – VİDEO

Sharing is caring!


Atçılığın dresaj üzrə milli yığmasının üzvü Aqata Zəhrabəyova 5-8 oktyabr 2023-cü il tarixdə Almaniyanın Troisdorf şəhərində keçirilən CDİP kateqoriyalı beynəlxalq yarışda iştirak edib.

Oxu.Az xəbər verir ki, Almaniya, Niderland, Belçika, Danimarka, İsveçrə və İsveçin ümumilikdə 24 təmsilçisinin də yüksəldiyi final mərhələsində rəqiblərini 74,98 faizlik balla qabaqlayan idmançımız kubokun sahibi olub.

İlin sonunadək daha bir neçə beynəlxalq turnirdə iştirak etməsi planlaşdırılan Aqata Zəhrabəyova Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Almaniyanın Düsseldorf şəhərində təlimlərini davam etdirir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir