İdman

Renat Dadaşov “Hatayspor”da ilk qollarını vurub, komandası qələbə qazanıb – VİDEO

Sharing is caring!


Azərbaycan millisinin futbolçusu Renat Dadaşov Türkiyənin “Hatayspor” klubunda ilk qollarını vurub.

Oxu.Az xəbər verir ki, 24 yaşlı hücumçu “Konyaspor”a 3:1 hesabı ilə qalib gəldikləri Superliqanın VIII tur oyununda dubl edib.

Dadaşov 22-ci dəqiqədə penaltini dəqiq yerinə yetirərək hesabı açıb. Forvard 53-cü dəqiqədə özünün və komandasının ikinci qoluna imza atıb. O, 78-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, Hatay təmsilçisi bu nəticədən sonra 14 xalla 5-ci pillədə qərarlaşıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir