Dünya

Qazaxıstan paytaxtında yaşlıların və uşaqların küçəyə çıxması tövsiyə edilmir – VİDEO

Sharing is caring!


Qazaxıstanın paytaxtı Astanada yolların buz bağlaması səbəbindən şəhər rəhbərliyi sakinlərə müraciət edib.

Müraciətdə qeyd olunur ki, yıxılmaq, zədə almaq təhlükəsi olduğundan xüsusən yaşlıların və uşaqların küçəyə çıxması tövsiyə edilmir.

Müraciətdə, həmçinin qeyd olunub ki, təkcə bu gün, səhər saat 8-ə qədər 40-a yaxın insan yıxılaraq zədə aldığına görə şəhər xəstəxanalarına müraciət etməli olub. 

Onlardan 21-nin zədələndiyi təsbit edilib.

Məlumat üçün əlavə edək ki, Qazaxıstan paytaxtına xüsusən son üç gün ərzində fasilələrlə qar yağıb, yollar buz bağlayıb.

Mənbə: Sputnik Qazaxıstan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir