İdman

“Real Madrid”dən darmadağın: Bellinqem Ronaldunun göstəricisini təkrarladı – VİDEO

Sharing is caring!


İspaniya La Liqasında IX turun oyunları keçirilir.

Oxu.Az xəbər verir ki, lider “Real Madrid” öz meydanında “Osasuna”nı darmadağın edib – 4:0.

Cud Bellinqemin dubl etdiyi qarşılaşmada digər qolları Vinisius Junior və Xoselu vurublar.

“Kral klubu”nun yeni transferi Bellinqem komandadakı ilk 10 oyununda 10-cu qulunu vurub. O, Madrid təmsilçisinin sabiq futbolçusu Kriştianu Ronaldudan sonra bunu bacaran ilk oyunçu kimi tarixə düşüb.

Qələbə sayəsində xallarını 24-ə çatdıran “Real Madrid” vahid liderdir. “Osasuna” isə 10 xalla 10-cu pillədə qərarlaşıb.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir