İdman

UEFA reytinqi: “Qarabağ” Azərbaycanı Slovakiya və Bolqarıstana yaxınlaşdırdı

Sharing is caring!


Avrokubklarda qrup mərhələsinin II tur oyunlarından sonra UEFA-nın ölkələr üçün yeni reytinq cədvəli açıqlanıb.

Oxu.Az xəbər verir ki, “Qarabağ”ın Avropa Liqasında İsveçin “Hakken” klubuna 1:0 hesabı ilə qalib gəlməsi Azərbaycanın reytinqinə daha 0,500 əmsal əlavə edib.

Bununla ölkənin ümumi əmsallarının sayı 17,875-ə çatıb. Hazırda 29-cu pillədə qərarlaşan Azərbaycan reytinqdə Slovakiya və Bolqarıstana yaxınlaşıb. Hazırda ölkəmiz onlardan cəmi 0,500 əmsal geri qalır.

Reytinq cədvəlinə 91,678 xalla İngiltərə başçılıq edir. İspaniya (78,489) ikinci, İtaliya (74,569) isə üçüncü pillədə qərarlaşıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir