İdman

“Sabah” basketbol klubu FIBA Avropa Kubokunda müntəzəm mövsümə vəsiqə qazandı

Sharing is caring!


“Sabah” basketbol klubu FIBA Avropa Kubokunda müntəzəm mövsümə vəsiqə qazanıb.

Oxu.Az xəbər verir ki, son Azərbaycan çempionu təsnifat mərhələsinin sonuncu oyununda Rumıniyanın “Rapid” klubuna qalib gəlməklə buna nail olub.

Şimali Makedoniyanın paytaxtı Skopyedəki Boris Traykovski adına İdman Mərkəzində baş tutan qarşılaşma təmsilçimizin 90:71 hesablı qələbəsi ilə başa çatıb.

Əvvəlki oyunlarda yerli “Rabotniçki” və Niderland “Donar”ına qalib gələn komanda qrup lideri kimi növbəti mərhələyə yüksəlib.

“Sabah” müntəzəm mövsümün D qrupunda Türkiyənin “Bahçeşehir Kolleci”, Monteneqronun “Bornar Bar” və Çexiyanın “Nimburk” klubları ilə mübarizə aparacaq. Müntəzəm mövsümün oyunları oktyabrın 18-də başlayacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir