İdman

“Beşiktaş” azarkeşlərinə şad xəbər: Azərbaycana gələcək

Sharing is caring!

Türkiyənin “Beşiktaş” klubu Azərbaycana gələcək.

Bu barədə “Sabah” nəşri məlumat yayıb. Bildirilir ki, İstanbul təmsilçisi Türkiyədə baş verən zəlzələlərdən əziyyət çəkənlərə yardım məqsədilə Azərbaycan və Almaniyada yoxlama görüşləri təşkil edəcək.

Almaniyada reallaşacaq matçlar bu ay keçiriləcək. “Qara qartal”ın Münhenqladbax “Borussiya”sı və “Leypziq”lə qarşılaşacağı bildirilib.

Komanda Azərbaycana isə apreldə – Super Liqada istirahət edəcəkləri müddətdə gələcək. “Beşiktaş”ın hansı klubla qarşılaşacağı ilə bağlı məlumat yoxdur. Əldə ediləcək bütün gəlir zəlzələ qurbanlarına ianə ediləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir