İdman

İstanbulda Avropa Olimpiya Komitəsinin Baş Assambleyasının iclası keçiriləcək

Sharing is caring!


Oktyabrın 6-7-də Türkiyənin İstanbul şəhərində Avropa Olimpiya Komitəsinin (AOK) 52-ci Baş Assambleyasının iclası keçiriləcək.

Milli Olimpiya Komitəsinin (MOK) Mətbuat Xidmətindən verilən məlumata görə, Türkiyə MOK-un prezidenti Uğur Erdener, AOK-un prezidenti Spiros Kapralos, BOK-un prezidenti Tomas Baxın iştirak edəcəkləri iclasın ilk günündə “Paris-2024” Yay Olimpiya Oyunları, “Milano Kartina-2026” Qış Olimpiya Oyunları müzakirə olunacaq.

Həmçinin AOK-un “Strategiya Gündəliyi 2030” iştirakçılara təqdim olunacaq. Bundan əlavə, AOK Təşkilat Komitəsinin və BOK Təşkilat Komitəsinin hesabatları dinləniləcək.

Daha sonra 12-ci Pyotr Nurovski “Ən yaxşı avropalı gənc atlet” mükafatının və Avropa Olimpiya Komitəsinin Olimpiya Çələngi mükafatının təqdim edilməsi mərasimi keçiriləcək.

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxın açılış nitqi ilə başlayacaq Assambleyanın ikinci günündə 3-cü Avropa Oyunları – “Krakov & Malopolska 2023”, məlumat və media, Avropa federasiyalarının və MOK-larının təcrübələri və gələcək tövsiyələri, qarşıdan gələn “Paris-2024” Yay Olimpiya Oyunları, Olimpiya Qaçqınlar Fondu, Olimpiya və Paralimpiya sponsorları, tibb və antidopinq kimi mövzular ətrafında fikir mübadiləsi aparılacaq.

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Baş katib Azər Əliyev, Xarici əlaqələr idarəsinin müdiri Anar Bağırov da AOK-un 52-ci Baş Assambleyasının iclasında iştirak edəcəklər.

Baş Assambleyanın iştirakçılarına AOK-un prezidenti Spiros Kapralos, AOK-un Baş katibi Rafael Paqnozi tərəfindən hesabatlar da təqdim olunacaq.

AOK-un 2022-ci il maliyyə hesabatı, 2024-cü ilin büdcəsi, xarici auditorların təyinatı və AOK komissiyalarının hesabatları da iclasın gündəliyinə salınıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir