İdman

Velosiped üzrə Azərbaycan çempionatına start verilib

Sharing is caring!


Bu gün Gənclər və İdman Nazirliyi, Azərbaycan Velosiped Federasiyasının birgə təşkilatçılığı, Bakı Şəhər Gənclər və İdman İdarəsinin dəstəyi ilə velosiped idmanının şose növündə çoxgünlük ötüşmələri üzrə Azərbaycan çempionatına start verilib.

Yarışın birinci mərhələsində idmançılar Qubada yerləşən Alpan kəndi ərazisində qrup ötüşməsində mübarizə aparıblar.

Ümumilikdə 40 velosipedçinin iştirak etdiyi yarışda 2005-2009-cu il təvəllüdlü oğlanlar 30 km, 2010-2011-ci il təvəllüdlü oğlanlar isə 20 km məsafə qət ediblər.

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) mövcud qaydalarına əsasən təşkil edilən yarışın birinci mərhələsinin nəticələrinə görə, 2005-2009-cu il təvəllüdlü oğlanlar arasında Tural İsrafilov (ROEQİUGVM, 50:03) birinci, Nihad Xudoyev (ROEQİUGVM, 56:21) ikinci, Tamerlan Musayev (ROEQİUGVM, 58:23) üçüncü yeri tutublar.

2010-2011-ci il təvəllüdlü oğlanların mübarizəsində isə Nihat Xudiyev (ROEQİUGVM, 39:25) qızıl, Cavid Baxşıyev (ROEQİUGVM, 41:17) gümüş, Ümid İsmayılov (ROEQİUGVM, 41:25) bürünc medal qazanıblar.

Qeyd edək ki, idmançılar oktyabrın 6-da keçiriləcək ikinci mərhələdə yenidən qrup ötüşməsi, oktyabrın 7-də baş tutacaq üçüncü mərhələdə isə fərdi ötüşmə növündə güclərini sınayacaqlar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir