İdman

Rahid Əmirquliyev: “Rəqib “Qarabağ”ın “dişinə görə”dir”

Sharing is caring!


“Qrupdan çıxmaq üçün belə komandalara qalib gəlmək lazımdır”.

Bunu “Report”a açıqlamasında “Qarabağ”ın sabiq futbolçusu Rahid Əmirquliyev Azərbaycan təmsilçisinin İsveçdə “Hakken”ə qarşı keçirəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin II turunun matçı ilə bağlı danışarkən deyib.

Hazırda İkinci Liqada mübarizə aparan “Şahdağ Qusar” klubunda çıxış edən 34 yaşlı yarımmüdafiəçi “köhlən atlar”ın bugünkü görüşdə qələbə qazana biləcəyini söyləyib:

“Komanda “Molde”yə qalib gəldiyi ilk qarşılaşmada yüksəksəviyyəli oyun sərgilədi və layiqli qələbə qazandı. Hətta daha çox qol da vura bilərdi. İndi isə səfərdə oynayacaq. İsveç təmsilçiləri fiziki cəhətdən güclü olurlar. Məncə, rəqib “Qarabağ”ın “dişinə görə”dir”.

Əmirquliyev Almaniyanın “Bayer 04” klubunun H qrupunun favoriti olduğunu vurğulayıb:

“Qarabağ” bu qrupda ikinci yeri tuta bilər. Bunun üçün digər iki komanda ilə matçlarda maksimim xallar qazanmaq lazımdır”.

Qeyd edək ki, Rahid Əmirquliyev 2015-18-ci illərdə “köhlən atlar”ın formasını geyinib. Bu gün “Ullevi” stadionunda reallaşacaq “Hakken” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir