İdman

“Hakken”in baş məşqçisi: “Qarabağ”ın avrokuboklarda böyük təcrübəsi var”

Sharing is caring!


İsveçin “Hakken” klubunun baş məşqçisi Per-Matias Hoqmo Avropa Liqasının qrup mərhələsinin II turunda “Qarabağ”a qarşı keçirəcəkləri ev oyunu barədə fikirlərini bildirib.

Norveçli mütəxəssis Azərbaycan çempionunun avrokuboklarda böyük təcrübəyə malik olduğunu söyləyib.

“Qrup mərhələsində ilk ev matçımızdır. Birinci turda “Molde”yə qarşı yaxşı oyun göstərib qələbə qazanan “Qarabağ”la qarşılaşacağıq. Rəqibin böyük təcrübəsi var. “Qarabağ” uzun illərdir, avrokubokların qrup mərhələsində oynayır. Hətta Çempionlar Liqasında yarışıblar. Bizim üçün maraqlı oyun olacaq”, – Hoqmo oyunöncəsi mətbuat konfransında deyib.

Qeyd edək ki, sabah Göteborqun “Ullevi” stadionunda keçiriləcək “Hakken” – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. İlk matçda “Qarabağ” evdə “Molde”ni 1:0 hesabı ilə məğlub edib, “Hakken” isə Almaniyada “Bayer”ə (Leverkuzen) uduzub – 0:4.

Mənbə: fotbollplay.se

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir