İdman

Azərbaycan Premyer Liqasında penalti vurmayan bir komanda qalıb – ARAŞDIRMA

Sharing is caring!


Cari mövsüm Azərbaycan Premyer Liqasında yalnız bir komanda penalti vurmaq hüququ qazanmayıb.

“Report”un məlumatına görə, geridə qalan 8 turda hakimlər təkcə “Turan Tovuz”un lehinə 11 metrlik zərbə təyin etməyiblər.

Son olaraq VIII turda “Qarabağ” penaltidən “siftə” edib. Ağdam təmsilçisi “Sumqayıt”ı 5:0 hesabı ilə üstələdiyi qarşılaşmada 3-cü qolu məhz bu yolla vurub.

“Qarabağ”la yanaşı, bu mövsüm “Neftçi”, “Qəbələ” və “Zirə” də bir dəfə penalti qazanıb və onu qola çeviriblər. “Sumqayıt”, “Kəpəz”, “Araz-Naxçıvan”, “Səbail” və “Sabah” isə hərəyə iki 11 metrlik qola seviniblər.

Penaltidən ən çox qol vuran futbolçular isə Mate Kvirkviya ilə Orxan Əliyevdir. Onlar müvafiq olaraq “Kəpəz” və “Araz-Naxçıvan”ın heyətində qazanılan hər iki zərbəni dəqiq yerinə yetiriblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir