İdman

Azərbaycan millisinin Qazaxıstanla oyunlar üçün heyəti açıqlandı – SİYAHI

Sharing is caring!


2024-cü ildə keçiriləcək futzal üzrə dünya çempionatının elit-raund mərhələsində oktyabrın 6-da Bakıda, beş gün sonra Astanada Qazaxıstan yığması ilə qarşılaşacaq Azərbaycan millisinin heyəti açıqlanıb.

Azərbaycan Futzal Federasiyasından verilən məlumata görə, bu gündən təlim-məşq toplanışına başlayacaq yığmamızın baş məşqçisi Vitali Borisov 14 futzalçıya dəvət göndərib:

Qapıçılar: Emin Kürdov (“Araz-Naxçıvan”), Rövşən Hüseynli (“Atırau”, Qazaxıstan)

Oyunçular: Xətai Bağırov, Amadeu, Felipinyo, Xəzər Ağalızadə, Novruz Kazıxanov (hamısı “Araz-Naxçıvan”), Hadi Ahmadi (“Aktobe”, Qazaxıstan), Everton Kardoso “Qallo” (“Manzanares” İspaniya), Rafael Vilela, Eduardo Borges (hər ikisi RSCA, Belçika), Murad Quluzadə (“Baku Fire”), Maneka (“A Studio Futzal Niredaxaza”, Macarıstan), Qabriel Bastos (“Doukas”, Yunanıstan)

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir