İdman

Mahir Emrelinin komandası mərkəzi oyunda uduzdu

Sharing is caring!


Azərbaycan millisinin üzvü Mahir Emrelinin də formasını geyindiyi Zaqreb “Dinamo”su Xorvatiya çempionatında mərkəzi oyuna çıxıb.

Oxu.Az xəbər verir ki, 3-cü pillədə olan komanda 10-cu turda lider “Hayduk”un qonağı olub. 

Oyun meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 1:0. Start heyətdə meydana çıxan Mahir 62-ci dəqiqədə əvəzlənib. O, 26-cı dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

Bu nəticədən sonra “Hayduk” 21 xalla liderliyini möhkəmləndirib. Bir oyun az keçirən “Dinamo” isə 16 xalla 3-cüdür.

“Hayduk” – “Dinamo” (Zaqreb) – 1:0

Qol: Emir Sahiti, 59

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir