İdman

“Bavariya” yenə xarakter göstərdi – VİDEO

Sharing is caring!


Almaniya Bundesliqasında VI tur davam edir.

Oxu.Az xəbər verir ki, son çempion “Bavariya” “Leypziq”lə səfər oyununda xal itkisi ilə üzləşib – 2:2.

İlk hissədə Lois Openda və Kastelyo Lukebanın qolları ilə meydan sahibləri iki topluq üstünlük qazanıblar. Lakin fasilədən sonra “Bavariya” məğlubiyyətdən xilas olmağı bacarıb. Əvvəlcə Harri Keyn penaltini dəqiq yerinə yetirib. Oyunda son nöqtəni isə Leroy Sane qoyub.

Hazırda “Bavariya” 14 xalla üçüncü pillədədir. Komanda lider “Bayer”dən (Leverkuzen) iki xal geri qalır. “Leypziq”in 13 xalı var və beşincidir.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir