İdman

“Gəncə” voleybol klubunda yeni məşqçi təyinatı olub

Sharing is caring!


Qadın voleybolçulardan ibarət “Gəncə” klubu yeni məşqçi ilə anlaşıb.

Klubdan verilən məlumata görə, şəhərin eyniadlı təmsilçisi belaruslu mütəxəssis Vladimir Moysieviç ilə birillik müqavilə imzalayıb.

O, komandanın baş məşqçisi Sergey Çasnavitskinin rəhbərlik etdiyi məşqçilər korpusunda yer alacaq.

Beynəlxalq məşqçilik sertifikatına sahib olan Vladimir Moysieviç gənclərdən ibarət Belarus millisində də çalışıb.

Yeni mövsümdə Azərbaycan Yüksək Liqasında debüt edəcək “Gəncə” heyətini komplektləşdirmək istiqamətində işləri davam etdirir. Hazırlığa start verən komanda Azərbaycan milli komandasının üzvləri Nərmin Fərəcova, Leyla Parşkova, braziliyalı Fernanda Melo, serbiyalı Tiana Yovanoviç, rusiyalı idmançılar Olqa Zaxarova, İrina Klimanova, Anastasiya Salina, Arina Qotselyuk, Yuliya Tyuşeva və Anna Balberovanı heyətinə qatıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir