İdman

Azərbaycanın FIFA referisi Fransa klubunun oyununu idarə edəcək

Sharing is caring!


Azərbaycan daha bir FIFA referisi Elçin Məsiyev UEFA-dan təyinat alıb.

“Report”un əldə etdiyi məlumata görə, 32 yaşlı ədalət təmsilçisi Konfrans Liqasının qrup mərhələsinin II turunda iş başında olacaq.

Məsiyev Farer adalarında yerli “Ki Klaksvik” və Fransanın “Lill” komandaları arasında keçiriləcək oyunu idarə edəcək.

Qeyd edək ki, oktyabrın 5-də Torshavnda gerçəkləşəcək qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.

Xatırladaq ki, digər FIFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasının matçına təyinat alıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir