İdman

Premyer Liqa: “Neftçi” “Turan Tovuz”la, “Sabah” “Səbail”lə üz-üzə gələcək

Sharing is caring!


Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun daha iki oyunu keçiriləcək.

Oxu.Az xəbər verir ki, ilk olaraq “Neftçi” “Turan Tovuz”un qonağı olacaq.

Bölgə təmsilçisi 11 xalla dördüncü, “ağ-qaralar” doqquz xalla altıncı pillədə qərarlaşıblar.

Günün digər görüşündə “Sabah” səfərdə “Səbail”lə üz-üzə gələcək. Meydan sahibləri 13 xalla üçüncü, rəqibindən bir matç az keçirən qonaqlar beş xalla səkkizinci sıradadırlar.

Azərbaycan Premyer Liqası

VIII tur

16:00. “Turan Tovuz” – “Neftçi”

Hakimlər: Emin Əliyev, Müslüm Əliyev, Şirmamed Mamedov, Fərid Hacıyev

Hakim-inspektor: Barış Şimşek

AFFA nümayəndəsi: Elgiz Abbasov

Tovuz şəhər stadionu

18:00. “Səbail” – “Sabah”

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Rəhman İmami, Tural Qurbanov

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Aslan Şahgəldiyev

“ASCO Arena”

Qeyd edək ki, açılış oyununda “Qarabağ” “Sumqayıt”ı beş cavabsız qolla üstələyib. Tura oktyabrın 1-də “Kəpəz” – “Qəbələ” və “Araz-Naxçıvan” – “Zirə” qarşılaşmaları ilə yekun vurulacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir