İdman

Premyer Liqa: “Qarabağ” bu gün “Sumqayıt”ı qəbul edəcək

Sharing is caring!


Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VIII tura start veriləcək.

Oxu.Az xəbər verir ki, açılış oyununda “Qarabağ” evdə “Sumqayıt”la üz-üzə gələcək.

“Azersun Arena”dakı qarşılaşma saat 20:00-da başlayacaq. Görüşü FIFA referisi Əliyar Ağayev idarə edəcək.

Ağdam klubu 13 xalla üçüncü, “gənclik şəhəri” təmsilçisi 8 xalla yeddinci pillədə qərarlaşıb.

Azərbaycan Premyer Liqası

VIII tur

20:00. “Qarabağ” – “Sumqayıt”

Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Teymur Teymurov, Rövşən Rəcəbov

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Zümrüd Ağayeva

“Azersun Arena”

Qeyd edək ki, turun digər matçları 30 oktyabr və 1 noyabrda keçiriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir