İdman

“Atletiko”nun matçında iki qol, üç qırmızı və yeddi sarı vərəqə – VİDEO

Sharing is caring!


İspan LaLiqasının 7-ci turunun “Osasuna” – “Atletiko Madrid” görüşü öz gərginliyi ilə yadda qalıb.

Belə ki, matçın baş hakimi Xuan Martinez Munuera qarşılaşma ərzində oyunçulara 7 sarı, 3 qırmızı vərəqə göstərib.

Nəticəyə gəlincə, Pamplonadakı “El Sadar” stadionunda azarkeşlər qonaqların 2 qoluna şahidlik ediblər – 2:0.

Qrizman və Rikelme paytaxt komandasına 3 xalı qazandırıblar.

“Atletiko” 13 xal toplayaraq İspaniya çempionatının turnir cədvəlində 5-ci yerə yüksəlib. Osasuna isə 7 xalla 13-cü yerdə qərarlaşıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir