İdman

Dominant futbol oynayan “Qarabağ”: Ağdam klubu ümumi sıralamada 39-cudur

Sharing is caring!


Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) dünyanın 69 liqasında rəqiblərinə qarşı ən dominant oyun göstərən komandaların adlarını açıqlayıb.

Reytinq dörd oyun elementi əsasında rəqiblərə qarşı orta performans nisbəti əsasında qurulub. Bunlar qapıya zərbə, rəqibin cərimə meydanı həndəvərindən zərbə, dəqiq ötürmə və meydanın rəqibə aid hissəsindəki dəqiq ötürmələrdir.

Azərbaycan klublarından ən yaxşı göstərici “Qarabağ”dadır. Qurban Qurbanovun komandası Azərbaycan Premyer Liqasında bu mövsüm 1,88 əmsala malikdir. Ağdam təmsilçisi sözügedən göstəricilərdə dünyanın ən yaxşı 39-cu komandasıdır.

Azərbaycan çempionatında ikinci yerdə “Sabah” (1,47 əmsal), üçüncü pillədə “Neftçi”dir (1,26 əmsal).

Siyahıya Bolqarıstanın “Levski” klubu başçılıq edir. Sofiya təmsilçisinin reytinqi 3,31-dir.

Mənbə: football-observatory.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir