İdman

“Neftçi”nin sabiq futbolçusu: “Avrokuboklarda “Qarabağ”a azarkeşlik edirəm”

Sharing is caring!


“Qarabağ”ın oyunlarını izləyirəm və avrokuboklarda onlara azarkeşlik edirəm. “Qarabağ”a qrup oyunlarında uğurlar arzulayıram”.

Bunu “Report”a açıqlamasında “Neftçi”nin sabiq futbolçusu Valeri Abramidze “Qarabağ”ın UEFA Avropa Liqasındakı çıxışına münasibət bildirərkən deyib.

Gürcüstan millisinin sabiq müdafiəçisi Ağdam klubunun son illərdəki uğurlu çıxışının səbəbini sabitlikdə görür:

“Bu komandanın uzun illərdir bir rəhbərliyi var. Onlar illər öncə Qurban Qurbanovu baş məşqçi postuna gətirməklə komandada balans yarada bildilər. Qurbanovun gəlişindən sonra “Qarabağ” sabit oyun nümayiş etdirməyə başladı. Ardıcıl 10 ildir ki, avrokubokların qrup mərhələsinə vəsiqə qazanırlar. Bu uğurun əsas səbəbi sabitlikdir. Sabit oyun nümayiş etdirən komandalar nəticə əldə etməyi bacarırlar. Qurban Qurbanov ən çətin məqamlarda belə, səbirli davrandı və istəyinə çatdı. “Qarabağ”ın uğurlarında onun böyük zəhməti var. Qurbanova və komandasına “afərin” deyirəm”.

Qeyd edək ki, Valeri Abramidze 2005/2006, 2009/2010 mövsümlərində “Neftçi”də, 2006/2007 mövsümündə “Xəzər Lənkəran”da, 2010-2013-cü illərdə isə “İnter”də (indiki “Şamaxı”) çıxış edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir