İdman

Azərbaycanlı basketbolçu ABŞ-yə yollanacaq

Sharing is caring!


Azərbaycanlı basketbolçu Hüseyn Qaflanov sentyabrın 28-də ABŞ-yə yollanacaq.

Gənclərdən ibarət millinin üzvü Azərbaycan Basketbol Federasiyasının dəstəyi ilə karyerasını daha yüksək səviyyədə davam etdirmək üçün bu addımı atacaq. Məlumatı federasiyanın mətbuat xidməti yayıb.

Gənclərdən ibarət yığmanın baş məşqçisi Tahir Baxşıyevin kəşfi sayılan 15 yaşlı idmançı bir il müddətində Cənubi Kaliforniya Akademiyasında (SCA) təhsil alacaq və basketbol üzrə hazırlıq kurslarını keçəcək.

Hazırlıq prosesində 210 santimetr boya malik Hüseyn Qaflanova peşəkar yerli mütəxəssislər tərəfindən elit bacarıq təlimləri ilə yanaşı, atletik keyfiyyətlərin və sağlamlıq performansının artırılmasına dair proqramlar da tətbiq olunacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir