İdman

Zidanın məşqçisi olmaq istədiyi komanda məlum olub

Sharing is caring!


Məşhur məşqçi Zinəddin Zidan məşqçilik karyerasını bərpa edə bilər.

Məlumata görə, mütəxəssis Fransa millisinə rəhbərlik etmək, ancaq Fransa yığması ilə məşq etmək istəyir.

Qeyd olunur ki, Zidan 2024-cü il Avropa çempionatının sonuna qədər gözləmək niyyətindədir və onun təyinatı bundan sonra mümkün olacaq.

Fransa millisinin indiki məşqçisi 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatında milli komandanı birinci yerə çıxaran Didye Deşamdır.

Zinəddin Zidan 2016-18, eləcə də 2019-21-ci illərdə “Real Madrid”in məşqçisi olub. Bu müddət ərzində o, komandanı iki dəfə La Liqa çempionluğuna aparıb, iki dəfə İspaniya Superkubokunu və UEFA Superkubokunu qazanıb, iki dəfə Klublararası Dünya Kubokunu və üç dəfə UEFA Çempionlar Liqasının qalibi olub.

Zidan, həmçinin, 2002-ci ildə də “Real Madrid”in oyunçusu kimi Çempionlar Liqasının qalibi olub.

Mənbə: Gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir