İdman

“Qəbələ”nin baş məşqçisi: “Məğlub olmaya bilərdik”

Sharing is caring!


“Bu gün məğlub olmaya bilərdik”.

“Report” xəbər verir ki, bunu “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev “Qarabağ”a 1:2 hesabı ilə uduzduqları Premyer Liqanın VII tur oyunundan sonra mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis qarşılaşmanın ağır keçdiyini bildirib:

“Qarabağ” çempionatımızın liderlərindəndir. Planımız irəlidə oynamaq idi. Təəssüf ki, ilk dəqiqələrdə fərdi səhvlərdən qapımızda qollar gördük”.

Baxşıyev məzmunlu oyun sərgilədiklərini vurğulayıb:

“Mənim istədiyim komanda budur. Tempi saxlaya bilsək, daha samballı “Qəbələ” görəcəyik”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir