İdman

Azərbaycan boksçuları Rusiyadakı beynəlxalq turnirdə altı medal qazanıblar

Sharing is caring!


Azərbaycan millisi Rusiyanın Anapa şəhərində 22 yaşadək kişi və qadın boksçular arasında Nikolay Pavlyukovun xatirəsinə həsr olunan beynəlxalq turnirdə 6 medal qazanıb.

Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, komandanın heyətində Zeynəb Rəhimova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 54 kq çəkidə çıxış edən idmançı finalda rusiyalı Ulyana Savronu məğlub edərək, qızıl medala yiyələnib.

Yığmanın digər boksçularından Tural Sarıyev (48 kq), Nicat Hüseynov (54 kq), İlqar Salahov (67 kq), Rəşid Həsənov (71 kq) və Mehparə Məmmədova (48 kq) bürünc mükafata sahib olublar.

Qeyd edək ki, komanda sentyabrın 26-da Bakıya qayıdacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir