İdman

Mikayıl Cabbarov: “Millimiz dünya çempionatında tarixi uğura imza atıb” – FOTO

Sharing is caring!


Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov yunan-Roma güləşi üzrə milli komandanın dünya çempionu olması ilə bağlı paylaşım edib.

“Belqradda keçirilən güləş üzrə dünya çempionatında millimiz tarixi uğura imza atıb. Yunan-Roma güləşi üzrə iki qızıl və üç gümüş medal qazanan pəhləvanlarımız 120 xal toplayaraq ilk dəfə komanda hesabında dünya çempionu olublar. Azərbaycan güləşini zirvələrə aparan, ölkəmizi layiqincə təmsil edən güləşçilərimizə və məşqçi heyətinə təşəkkür edir, təbriklərimizi çatdırır və daimi nailiyyətlər arzulayırıq”, – M.Cabbarov “X” sosial şəbəkəsindəki hesabında yazıb.

Qeyd edək ki, mundialda yunan-Roma güləşçilərimizdən Eldəniz Əzizli (55 kq) və Rafiq Hüseynov (82 kq) dünya çempionu olublar, Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Sənan Süleymanov (77 kq) isə gümüş medala yiyələniblər.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir