İdman

Premyer Liqa: “Zirə” “Neftçi” ilə heç-heçə edib

Sharing is caring!


Azərbaycan Premyer Liqasında VII turun mübarizəsi davam edir.

“Report”un məlumatına görə, turun ikinci oyunu paytaxtda keçirilib.

Turnir cədvəlinin lideri “Zirə” doğma arenasında “Neftçi”ni qəbul edib. Qarşılaşmada hesabı qonaqlar açıblar. 22-ci dəqiqədə Yuri Matias başla fərqlənib. Ancaq “qartallar” fasilə ərəfəsində “status-kvo”nu bərpa ediblər. 44-cü dəqiqədə Qismət Alıyev penaltini dəqiq yerinə yetirib.

Komandaların ikinci hissədəki cəhdlərinə baxmayaraq, qələbə qolunu vurmaq mümkün olmayıb. Nəticədə görüş 1:1 hesabı ilə başa çatıb. Bununla “Zirə” xallarının sayını 16-ya, “Neftçi” isə 9-a çatdırıb.

Qeyd edək ki, turun açılış oyununda “Sumqayıt”la “Turan Tovuz” qolsuz heç-heçə ediblər. Sentyabrın 24-də “Sabah” – “Kəpəz”, “Səbail” – “Araz-Naxçıvan”, 25-də isə “Qəbələ” – “Qarabağ” oyunları keçiriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir